Keşişlər 20 uşağı zorladı

  • SpaceTV
  • 26 Noyabr 2019 13:18

Argentina məhkəməsi Mendosa əyalətində Roma katolik kilsəsinin iki keşişinə və sabiq bağbanına yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismar və korrupsiya ittihamı ilə hökm oxuyub.

SPACE TV xəbər verir ki, keşişlər – Nikola Korradi 42 il, Orasio Korbaxo 45 il müddətinə azadlıqdan məhrum edilib. Məktəbin bağbanı Armando Qomes isə 18 il həbsə məhkum olunub.

Hökmdən şikayət verilə bilməz. Onlara qarşı ittiham danışma və eşitmə əngəlli uşaqlar üçün məktəbin 20 şagirdi tərəfindən irəli sürülüb. 

Paylaş

 Xəbəriniz olsun