Keçmiş məhkum saxlanıldı

  • SpaceTV
  • 24 Yanvar 2020 15:08

Araşdırma zamanı onun bu ilin yanvar ayının 19-da günün müxtəlif saatlarında metronun “İnşaatçılar” və “28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub. Elçin Məmmədov saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi mobil telefonlardan biri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin təkcə Metropolitendə yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Elçin Məmmədov, Metropoliten eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun