Keçmiş məhkum beş kiloqram narkotiklə tutuldu

  • Space TV
  • 19 Fevral 2021 15:38

Bakıda polis beş kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat keçiriblər. Tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Sərxan Bağırov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 5 kiloqram 175 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı S.Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun