Keçmiş həyat yoldaşını yastıqla boğdu – VİDEO

  • Space TV
  • 8 Sentyabr 2020 14:35

Ər  keçmiş həyat  yoldaşını  yastıqla boğaraq öldürüb. Space TV-nin xəbərinə görə, hadisədən sonra o, bu əməli törətmədiyinə   hamını inandırmağa çalışsa da   buna  nail  ola  biləməyib. Dəhşətli qətl Tərtərdə baş verib.

Röyalə hər gün olduğu kimi həmin gün də işə getməyə hazırlaşırdı. Amma keçmiş  əri onun bu istəyinə nail olmasına imkan verməyib.

Sentyabrın 6-da saat 5 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində,  kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Tərtər rayon prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan araşdırmalar  nəticəsində  zərərçəkənin  keçmiş əri, 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranan  münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə  dair əsaslı şübhələr müəyyən edilib.

Davamlı mübahisələr qətlin baş verməsinə gətirib çıxarıb.

Zəhmətkeş qadın idi. Sahələrə gedirdi, 6-7 manatla uşaqlarını saxlayırdı.

Şahidlərin sözlərinə görə, hadisə səhərə yaxın baş verib. 

Mərhumun bacısı deyir ki, Röyalə ilə Səlim ailə qurandan sonra 4-5 il mehriban  dolanıb.  Sonralar aralarında baş verən münaqişə yollarının ayrılmasına gətirib çıxarıb.

Boşanan tərəflər arasındaki  münaqişənin gərginləşməsinə səbəb isə onların bir həyətdə yaşaması  olub.   Hətta mərhumun ailə üzvüləri bildirir ki, Səlim Röyaləni öldürməzdən əvvəl qətllə bağlı bəzi planlar da qurub. 

Röyaləni ətrafdakılara, hətta mərhumun iş yoldaşlarına qısqanan Səlim çıxış yolunu qadını qətlə yetriməkdə görüb. İlkin dindirilmə zamanı Səlim Əsədov  keçmiş  həyat  yoldaşını  öldürmədiyini bildirib. O, qadının öz əcəli ilə  dünyasını   dəyişdiyini  deyib.  Aparılan məhkəmə tibbi ekspertiza  nəticəsində məlum olub ki, qadın yastıqla boğularaq öldürülüb. Bundan sonra Səlim Əsədov əməlini etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.  Qeyd edək ki, Səlim və  Röyalə cütlüyünün  bu nikahdan üç azyaşlı uşağı var. 

Emin Babayev, Şamo Adıgözəlov – Space TV

Paylaş

 Xəbəriniz olsun