Kasıbın malına göz dikən xaindir

  • SpaceTV
  • 8 May 2020 16:48

ONSUZ DA BİZİM TARİXİMİZİ, MƏDƏNİYYƏTİMİZİ OĞURLAMAQ İSTƏYƏN ERMƏNİLƏR VAR. O ERMƏNİLƏR Kİ AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT QURUB, GÖZLƏRİ DOYMAYIB, QARABAĞIMIZI DA İŞĞAL EDİBLƏR. BU İŞĞAL OĞRU MİLLƏTƏ YENİ QULDURLUQ İMKANLARI YARADIB. ONLAR QARABAĞIMIZIN TƏBİƏTİNİ MƏNİMSƏYİR, FAYDALI QAZINTILARIMIZI TÜKƏDİRLƏR. AXI BİZ OĞURLUĞU ERMƏNİLƏRDƏN GÖRMƏYƏ ÖYRƏŞMİŞİK! BƏS SİZƏ NƏ OLMUŞDU , AY İCRA BAŞÇILARI?

CİNAYƏTİNİZİN ADI XƏYANƏTDİRSƏ, ƏN BÖYÜK XƏYANƏTİ DƏ İŞĞALÇI QONŞULARIMIZDAN –  ERMƏNİLƏRDƏN GÖRMÜŞDÜK.  BELƏ BAŞÇILARIN BAŞSIZ FƏALİYYƏTİ UTANCVERİCİDİR. ONLARIN ETDİKLƏRİ ÖLKƏDƏ APARILAN İNKİŞAF STRATEGİYASI, XALQIN RİFAH ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI SİYASƏTİNƏ KÖLGƏ SALIR,  OXŞAR STRUKTURLARA ƏHALİNİN İNAMINI SARSIDIR. “SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR” KİMLƏRİNSƏ YAVANCA ÇÖRƏYİNƏ DƏ ƏL QOYANDA BİLMİRDİLƏR Kİ, BUNUN CƏZASINI ÇƏKƏCƏKLƏR? ƏLBƏTTƏ ƏHALİ ÖLKƏ RƏHBƏRLİYİNİN HƏR SFERANI ƏHATƏ SİYASƏTİNİ DƏSTƏKLƏYİR VƏ XALQ BU İSLAHATLAR KURSUNUN UĞURLU NƏTİCƏLƏRİNƏ İNANIR. DOĞRUSU HAMI QULDUR MƏMURLARIN İFŞASINA SEVİNİR VƏ ONLARA ƏN PİS CƏZANI ARZULAYIR. VƏTƏNDAŞLARA MARAQLI OLAN DİGƏR MƏSƏLƏ İSƏ BAŞÇILARIN MÜLKÜNDƏ AŞKARLANIB  MÜSADİRƏ OLUNAN  VƏSAİTLƏRİN  AQİBƏTİDİR.

PREZİDENT İLHAM ƏLİYEVDÖVLƏT MƏMURLARININ XALQA XİDMƏT ETMƏLİ OLDUĞUNU DƏFƏLƏRLƏ VURĞULAYIB. LAKİN SON DÖVRLƏR SAXLANILAN İCRA BAŞÇILARI MİLLƏTƏ XİDMƏTLƏ, KÜLFƏTƏ XİDMƏTİ SƏHV SALIBLAR. ÇÜNKİ ONLAR MİLLƏTDƏN OĞURLUQ EDİB, ÖZ AİLƏ ÜZVLƏRİNİN, NƏSLİNDƏN OLANLARIN GƏLƏCƏYİNİ  SIĞORTLAMAĞA ÇALIŞIBLAR. SIĞORTALAYA BİLMƏDİKLƏRİ İSƏ BİR ŞƏXSİ AZADLIQLARI, BİR DƏ   XALQDAN OĞURLANAN VƏSAİTLƏRİ RAHATCA  HƏZMİ-RABEDƏN KEÇİRMƏK İSTƏKLƏRİDİR.

ANAR RƏHİMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun