Ötən il keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınan şahmat üzrə dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.
Spacetv.az xəbər verir ki, dünya çempionatı bu ilin 24 noyabr – 16 dekabr tarixlərini əhatə edəcək.
Yarış Dubay Sərgi Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu yarışda norveçli dünya çempionu Maqnus Karlsen öz titulunu dördüncü dəfə müdafiə etməyə çalışacaq. Yarışın mükafat fondu 2 milyon avrodur.
Karlsenin rəqibi pandemiya səbəbindən ötən il yarımçıq dayandırılmış Namizədlər Turnirinin qalibi olacaq. Həmin yarış isə bu ilin aprelində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.