Karantindən imtina edən İsveç iqtisadi böhranla üzləşdi

  • SpaceTV
  • 27 May 2020 10:29

Hakimiyyətin koronavirus pandemiyasına görə karantin rejiminin tətbiqindən imtina etməsinə baxmayaraq, İsveç genişmiqyaslı iqtisadi böhranla üzləşib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Ölkədə mövsümi dalğalanmalar nəzərə alınmadan işsizlik səviyyəsi 8,2 faizə yüksəlib. Bu isə proqnozları üstələyib. Məhsullara və xidmətlərə olan tələbat səviyyəsi əvvəlki həcminə qayıtmasa, sözügedən göstəricinin 17 faizə qədər artacağı gözlənilir.

Həmçinin ölkədə yaxın vaxtlarda qanunvericiliklə əməkdaşların işdən azad edilməsi prosedurunun əhəmiyyətli dərəcədə sadələşdirilməsi gündəmdədir. Bu təşəbbüs müxalifət və həmkarlar ittifaqları tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Bəzi siyasi partiyalar belə bir qərarın qəbul ediləcəyi halda, Nazirlər Kabinetinə qarşı etimad səsverməsi keçirməyə hazır olduqlarını bəyan ediblər.

Paylaş

 Xəbəriniz olsun