Ölkədə karantin rejimi tətbiq olunandan metronun da fəaliyyəti dayandırılıb. Nazirlər Kabinetinin müvaqif qərarı ilə sərnişindaşımada yarana biləcək sıxlığı nəzərə olan hökumət müntəzəm marşurut xəttlərindən başqa BNA-ya əlavə avtobusların xəttə çıxarılmasını tapşırıb.
Bütün metro stansiyalarını əhatə etməklə, BNA tərəfindən 50-yə yaxın böyük tutumlu M-1 və M-2 nömrəli avtobuslar fəaliyyətə başladı.Koronovirus infeksiyasının geniş yayılmaması üçün paytaxtı əhatə edən ictimai nəqliyyatda sərnişin daşımaya yeni qaydalar tətbiq edildi
BNA –nin əməkdaşları tərəfindən sərnişinlərin karantin qaydalarına riayət etməsi üçün ictimai nəqliyyata nəzarət daha da gücləndirildi. Sürücülərə məhdud sayda sərnişin götürülməsi tapşırılsa da təəssüf ki, sərnişinlər tərəfindən karantin qaydaları günün daha çox pik saatlarında pozularaq sosial məsafəayə riayət olunmur.
BNA-nin sözçüsü Mais Ağayevin sözlərinə görə bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib. Keçən həftə boyunca gündəlik sərnişin axını əgər 550-600 min arasında dəyişirdisə , bu gündən başlayaraq sərnişin axını daha yüksək olub. Bu isə paytaxt üzrə bütün avtobus xətlərində sıxlığı qaçılmaz edir
Qeyd edək ki, baş nazirin tapşırığına əsasən hazırda operativ Qərargah tərəfindən sərnişindaşımada yeni qaydaların işlənib hazırlanması həyata keçirilir.
RƏŞAD VƏKİLOĞLU SPACE TV