Karantində özünə yeni iş tapdı – VİDEO

  • SpaceTV
  • 13 Avqust 2020 14:32

Dünyanın bugünkünə bənzər halı sonuncu dəfə 102 il əvvəl müşahidə edilmişdi. Qəfil epidemiya dünyanı qorxutmuş, insanları evlərinə həbs etmişdi. Hər nə qədər elm inkişaf etsə də, bu il, yəni 21-ci əsrin 20-ci ilində bütün bəşəriyyət koronavirus adlı pandemiyanın əsirinə çevrildi. Dünyanın hər yerində iş yerlərinin əksəriyyəti bağlandı. Çarəsiz durum yaşandı. Yox, yox, heç də hər şeyə “çarəsiz” demək olmaz. Bacarığı ilə yanaşı bir az da fərasəti olan çox sayda insan vəziyyətə adekvat olaraq, işini dəyişdi, özü də ildırım sürəti ilə. Məsələn, qəhrəmanımız Təbriz kimi. Space TV-nin xəbərinə görə, pandemiyadan əvvəl 5 restorana rəhbərlik edən qəhrəmanımız Təbriz Əliyev həm kənd təsərrüfatı məhsullarını şəhərə gətirir, həm də corab sexlərindən məhsulları topdan alıb, pərakəndə şəkildə satır.

Keçmiş sahibkar, bugünün isə ticarətçisi olan Təbriz deyir ki, insan gərək yolsuzluqda yol tapmağı bacara. O özü isə nəinki vəziyyətdən çıxış yolu, həm də yeni sənət tapıb. Karantin bitəndən sonra iki sənəti də eyni vaxtda davam etdirmək niyyətindədir.

Nurlan Cəfəri, SPACE TV

Paylaş

 Xəbəriniz olsun