Karantin rejiminində heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etmək məqsədi ilə getməyə cəhd etdilər

  • SpaceTV
  • 14 İyul 2020 15:47

Sumqayıt şəhər sakinləri olan Ədalət Aşurov və Ramin Mirzəliyev  “Renault” markalı nəqliyyat vasitəsi ilə heç bir icazələri olmadan Xudat şəhərinə istirahət etməyə getmək istəyiblər.Lakin xüsusi karantin rejimi ilə əlaqədar olaraq Xaçmaz rayonu Xudat şəhəri ərazisində quraşdırılan müvəqqəti stasionar postda Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki şəxsə  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Həmçinin hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib.

Dindirilmə zamanı Ədalət Aşurov və Ramin Mirzəliyev narkotik maddə istifadəçisi olduqlarını və həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.Gənclərə də bu cür vərdişlərdən uzaq olmağı tövsiyyə ediblər.

Faktla bağlı araşdırma aparılır.

                                                                   Emin Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun