Karantin rejiminin saxlandığı şəhər və rayonlarda da qaydalarda yumşaldılma aparılıb.

  • SpaceTV
  • 19 May 2020 14:33

Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı Lənkəranda da rayonun giriş hissələrindəki postlar fəaliyyətini davam etdirir. Burada Daxili qoşunların hərbi qulluqçuları da polis əməkdaşları ilə birgə xidmət aparır. Əlavə olaraq rayonun daxilində 6 kənddə də postlar qurulub. Həmin kəndlərdə dezinfeksiya işləri də mütəmadi olaraq davam etdirilir.

Karantin rejimindəki yumşaldılma ilə əlaqədar olaraq bu gündən etibarən çayxana, kafe və restoranlar fəaliyyətini bərpa etsə də, onlar hələ ki yalnız axşam saat 18:00-dək müştərilərə yerində xidmət göstərə biləcəklər. Eyni zamanda bu obyektlərdə insanlar arasında sıx təmasın yaranmamasına, iş kollektivininin tibbi maska və əlcəkdən istifadəsinə nəzarət olunur.

Vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı da polis əməkdaşları tərəfindən davamlı şəkildə izahat maarifləndirmə işləri aparılır.

Bundan başqa park və istirahət məkanlarına girişdə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Rövşən Almazoğlu SPAC TV

Paylaş

 Xəbəriniz olsun