Karantin rejiminin qaydalarına riayət edilməsinə birbaşa polislər nəzarət edir.

  • SpaceTV
  • 14 Aprel 2020 15:59

Karantin rejim qaydalarının qorunması ilə bağlı İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının da  üzərinə kifayət qədər məsuliyyətli  iş düşür. Eyni zamanda 100-lərlə insan kütləsi ilə təmasda olan polis əməkdaşları həm də risk qrupuna daxildir. Gecə-gündüz asayişin keşiyində, küçə və prospektlərdə, postlarda xidmət keçən polislərin də bu koronavirusa yoluxma riski kifayət qədər böyükdür. Təcrübəli həkimlər deyir ki, yaxın təmas və ünsiyyətlə qısa bir zamanda yoluxa bilən bu virusdan qorunmaq üçün ara məsafəsinin qorunması vacibdir. Məhz bu səbəbdən hüquq – mühafizə orqanlarının əməkdaşlarına sanitar norma qaydalarını qorumaqla yanaşı, məsafə məsələsi ilə bağlı xüsusi təlimat verilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, karantin rejimi qaydalarının qorunmasına cəlb edilən bütün əməkdaşlara bu virusun yarada biləcəyi fəsadlarla bağlı mütəmadi məlumatlar verilir ki, diqqətli və ehtiyatlı olsunlar. Onların tibbi ləvazimatlarla təminatı məsələsi Daxili İşlər Nazirliyi tərəfindən təmin edilir. Səhhətində şübhəli məqam olan əməkdaşlar isə dərhal müayinədən keçirilir.Hazırda rayon polis şöbəsinin əməkdaşları gecə-gündüz gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun