Karantin rejiminin müsbət təsiri – VİDEO

  • SpaceTV
  • 30 İyun 2020 11:05

Hazırda ölkədə ciddi karantin rejimi hökm sürür.

Bu dövrdəticarət mərkəzləri, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, bərbərxanalar və  gözəllik salonlarının fəaliyyəti də  dayandırılıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunda21 iyun saat 00:00-dan 5 İyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq edilməkdədir. Yaşayış yerini tərk etmək SMS xəbərdarlıq və xüsusi icazə əsasında mümkündür. 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyəti də qüvvədə qalır.  

Görülən tədbirlər nəticəsində yeni yoluxma hallarında kəskin artım halları bir qədər aşağı düşüb  və gündəlik orta rəqəm 520-550  arasında  müəyyənləşib.  Karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı daha çox olacaq. Hazırda əsas vəzifə koronavirusa yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət nəticəyə, yoluxma eləcə də ölüm  hallarının azalmasına nail olmaqdır.

Millət vəkili Cavid Osmanov bildirdi ki, karantin rejiminin daha da ciddiləşdirilməsi cəmiyyətimizin bu bəladan az zərərlə çıxması məqsədini daşıyır.

Vətəndaşlar da bu çətin dönəmdə mümkün qədər məsuliyyətli olmağa çalışır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun