Karantin rejimində boş qalmayan dayanacaqlar

  • Space TV
  • 20 Aprel 2020 10:30

ƏSASƏN  SƏHƏR VƏ AXŞAM VAXTI ŞƏHƏRİN MÜXTƏLİF İSTİQAMƏTLƏRİNDƏKİ DAYANACAQLARDA AVTOBUS GÖZLƏYƏNLƏRİN ŞAHİDİ OLURUQ.  ELEMENTAR MƏNTİQLƏ YOZSAQ, ONLARI İŞƏ GEDİB-GƏLƏNLƏR ADLANDIRMAQ OLAR. HƏMİN VƏTƏNDAŞLAR ARASINDA YOXLAMALAR ZAMANI CƏRİMƏLƏNƏNLƏR , YAŞADIĞI ƏRAZİNİ MÜVAFİQ ARAYIŞLA TƏRK EDƏNLƏR DƏ VAR. MƏN HƏLƏ ƏRZAQ İCAZƏSİ İLƏ İŞƏ GEDİB, APTEK MÜRACİƏTİ İLƏ EVƏ QAYIDANLARDAN DANIŞMIRAM. KARANTİN REJİMİDİR DEYƏ TƏHSİL OCAQLARI VƏ ƏKSƏR İŞ YERLƏRİNİN BAĞLANDIĞINA GÖRƏ  SƏRNİŞİNDAŞIMA VASİTƏLƏRİNİN  İŞ QRAFİKLƏRİNDƏ DƏYİŞİKLİK NƏZƏRƏ ÇARPIR. BUNA BAXMAYARAQ ÖTƏN HƏFTƏ İLƏ MÜQAYİSƏDƏ BU HƏFTƏNİN MÜVAFİQ GÜNLƏRİNDƏ  SƏRNİŞİN SAYINDA 30 FAİZ ARTIM QEYDƏ ALINIB.

HƏYAT ƏHƏMİYYƏTLİ, MÜHÜM MƏSƏLƏLƏR OLMADAN İNSANLARIN YAŞADIĞI ƏRAZİNİ TƏRK ETMƏSİNİ HAMI KİMİ EKSPERTLƏR DƏ DƏSTƏKLƏMİR. ÇÜNKİ İSTƏR – İSTƏMƏZ ÇOX ADAMIN MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏ HƏRƏKƏT ETMƏSİ NƏQLİYYATDA PROBLEMLƏRƏ YOL AÇIR. BU VƏZİYYƏTDƏN İSƏ, HƏMİN İNSANLARIN ÖZLƏRİ İLƏ YANAŞI DİGƏRLƏRİ DƏ ZİYAN GÖRƏ BİLƏR.

ÖLKƏ BAŞÇISI İLHAM ƏLİYEVİN DƏ DEDİYİ KİMİ – “ÖLKƏDƏ MİLLİ HƏMRƏYLİK BU GÜNƏ QƏDƏR MÜŞAHİDƏ EDİLMƏYƏN DƏRƏCƏDƏ ARTIB”. ELƏ İSƏ,  BU HƏMRƏYLİYİN QORUNMASI ÜÇÜN KARANTİN REJİMİNƏ RİAYƏT OLUNMALIDIR.   VƏ BU, BÜTÜN SAHƏLƏRDƏ ÖZÜNÜ GÖSTƏRMƏLİDİR. ÇÜNKİ İNSANLAR SAĞLAMLIQLARINA LAQEYD YANAŞDIQCA BAŞQALARINI DA TƏHLÜKƏ ALTINA ATIRLAR. KARANTİN REJİMİNƏ ƏMƏL ETMƏYƏNLƏRƏ GÖRƏ SÜRÜCÜLƏRLƏ YANAŞI, DİGƏR SƏRNİŞİNLƏR DƏ VİRUS RİSKİ İLƏ ÜZLƏŞMİŞ OLUR. BUNUNLA DA YOLUXANLARIN SAYI ARTIR, PEŞƏKAR VƏ FƏDAKAR HƏKİMLKƏRİMİZİN İŞİ ÇOXALIR Kİ, ONLAR DA YOLUXMA TƏHLÜKƏSİ İLƏ ÜZBƏÜZ QALIRLAR.   UNUTMAYAQ Kİ, HƏR KƏSİN EVDƏ GÖZLƏYƏNİ VAR…

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun