Karantin rejimi nə vaxt bitəcək? – Operativ Qərargahdan AÇIQLAMA

  • Space TV
  • 13 May 2020 11:01

Son iki gündə postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Hətta sosial şəbəkələrdə karantin rejiminin bitdiyi ilə bağlı iddialar da irəli sürülür.

SPACE TV  xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov “sonxeber.az”-a açıqlamasında karantin rejiminin hələ davam etdiyini bildirib:

“Azərbaycanda karantin rejiminin nə zaman bitəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Hər şey yoluxanların artma və azalma dinamikasından asılıdır. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək”.

Paylaş

 Xəbəriniz olsun