Karantin rejimi ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb

  • SpaceTV
  • 5 May 2020 15:04

Hazırda rayonlarda yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi də ləğv olunub. İctimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq əhali bundan sonra da şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara fikir verməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxılmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə tələb və tövsiyələrə əməl etməlidir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun