Karantin rejimi ilə əlaqədar keçirilən tədbirlər nəticəsində 11 nəfər həbs edilib

  • SpaceTV
  • 28 İyul 2020 16:44

Yoxlanılanılıb, inzibati məsuliyyətə cəlb edilənlərə isə ciddi xəbərdarlıq olundu.

Az-az adamların rast gəldiyi küçələr də nəzarətdən kənarda qalmadı.

Bu cür yoxlamalar zamanı belə ara məsafələri elə polislərin özləri tərəfindən də qorundu.

Rayonun girişində isə qurulan postlarda yoxlamalar davam etdi.

Dəqiqələrlə gözlədilər. Yoxlanılmayan maşın qalmadı. İcazəsi olmayan, tibbi maskadan istifadə etməyənlər elə yerindəcə cərimələndi. Bərdə rayon ictimai təhlükəsizlik bölməsinin rəisi Polis mayoru Rəşad Babayev bildirdi ki, Karantin rejimi tətbiq olunduğu gündən bu anadək karantin rejimini pozduqlarına görə 199 nəfər barəsində inzibati protokol tərtib edilib.

Hətta rayonda karantin rejimini pozanlar arasında həbs edilənlər də var.

Keçirilən reydərdən isə rayon sakinlərinin özləri də razıdır. Cərimələrə gəlincə isə…

Hazırda rayon üzrə tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən eləcə də daxili qoşunların hərbiçiləri ilə birlikdə rayon ərazisində mütəmadi olaraq, maarifləndirmə və təbliğat işlərini davam etdirilir.  

Emin Babayev  space tv

Paylaş

 Xəbəriniz olsun