Karantin qaydalarını pozan satıcılar

  • Space TV
  • 26 İyun 2020 17:59

Gündəlik olaraq  polis tərəfindən reydlər keçirilir,bazarların daxilində səs gücləndiricilərlə marifləndirici elanlar səsləndirilir ancaq nə cərimə olunmaqları nədə xəstəliyin bu qədər təhlükəli olması bəzi şəxslər üçün bir o qədərdə əhəmiyyət daşımır.

Görünülər paytaxtın kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi bazarlardandı!Ciddi karantin rejimi olmasına baxmayaraq bazarlarda mənzərə heçdə ürək açan deyil və karantin qaydalarına bir o qədərdə riayət olunmur

Qapalı yerlərdə maskadan istifadənin məcburi olduğunu bilə-bilə hətta bəzi satıcılar dəfələrlə maskaya görə cərimə olunduqlarını özləri etiraf etsələrdə ancaq yenədə “gözdən könüldən uzağıq deyə” ya maskanı düzgün formada  taxmırlar yada ümumiyyətlə tibbi maskadan istifadə etmirlər.

Bəziləri isə deyəsən hələdə tibbi maskanın nə məqsədə istifadə edildiyindən xəbərsizdirlər əgər elə olmasaydı  hər gün 30 qəpik verib aldıqları maskanı meyvə yeşiyində axtarmalı olmazdılar

Xatırladaq  ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 2 yüz manat məbləğində cərimə edilir.

RƏŞAD VƏKİLOGLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun