Karantin qaydalarını pozan direktor işdən çıxarıldı

  • Space TV
  • 28 Dekabr 2020 14:19

Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova işdən azad edilib. 

Spacetv.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. 

O bildirib ki, bu barədə təhsil naziri müvafiq əmr imzalayıb:

“Əmrə əsasən, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib”.

Paylaş

 Xəbəriniz olsun