Karantin müddətini fürsət bilib yaşıllığı məhv etdilər

  • Space TV
  • 25 İyun 2020 16:35

Karantin müddətini fürsət bilib gecə ilə yaşıllığı məhv etdilər. Görüntülər paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsi 41 ünvanınnandır.Şadlıq sarayının ərazisində olan onlarla həmişyaşıl ağac kəsilməklə növbəti yaşıllıq soyqırımı törədilib.

Ağacların kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət  daxil alan kimi nazirliyin əməkdaşları həmin ünvana baxış keçirərək araşdırma aparıblar.Araşdırma zamanı şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib və Faktla bağlı akt tərtib olunub.

Ağacların nə məqsədlə kəsilməsini araşdırmaq üçün restoranın yerləşdiyi  ünvana yollandıq.Şadlıq sarayının bütün qapıları bağlı olduğu üçün restoranın Rəfael adlı müdiri ilə əlaqə saxladıq.Karantin müddəti olduğu üçün iyul ayının 5-nə kimi şadlıq sarayının qapılarını aça bilməyəcəklərini deyən restoran müdiri ağacların kəsilməsinin yalan məlumat olduğunu deməklə bizi inandırmağa çalışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova isə bildirdi ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun