Dünyanın baş bəlasına çevrilən koronovirus pandemiyası ilə mübarizədə həkimlər,polislər,jurnalistlər və bir çox qurumlar kimi, bu zəhmətkeş işçilərin də məsuliyyəti böyükdür, işləri çətin. Təhlükəli virusla mübarizədə bütün vətəndaşlarımızdan gigiyena qaydalarına xüsusi əməl etmələri tələb olunursa bəs paytaxtımızın təmizliyinə cavabdeh olan bu şəxslər çətin iş şəraitində gigiyenik qaydalara riayət edə bilirlərmi?
Yerə atılan hər tullantıya onlar cavabdehdilər.Tozdan, torpaqdan qorunmaq üçün gözlərinə qədər bürünüblər.İçərilərində yaşlısıda var, gənci də, kişisidə var, qadınıda.Hər gün səhər dan yeri sökülər -sökülməz işə başlayan bu təmizlik işçiləri paytaxtınbütün küçə vəprospektlərinin , yaşayış binalarının təmizliyini aparıb hər kəsin işə getdiyi saatlarda işlərini bitirmiş olurlar.
20 ildir Mənzil Kommunal Təsərrüfat birliyində çalışan filankəs filankəsova…….deyir ki, təmizlik sahəsində işləmək çətin olduğu qədər də təhlükəlidir.Elə bu səbəbdəndə hər il neçə-neçə təmizlik işçisi yol qəzalarının qurbanına çevrilirlər.
Bəli reallıqdır ki, koronavirusla mübarizədə həkimlər qədər olmasada təmizlik işçilərinin də zəhməti böyükdür və danılmazdır.Təmizlik işçiləri pandemiya dövründə karantin qaydalarına əməl etdiklərini və koronovirus infeksiyasından maksimum dərəcədə qorumağa çalışdıqlarını dilə gətirdilər
Odur ki, küçəyə atılan hər bir zibilə, tullantıya görə özümüzdə məsuliyyət dərk edib, bir anlıqda olsa özümüzü təmizlik işçilərinin yerinə qoymağı bacaraq.
RƏŞAD VƏKİLOĞLU SPACE TV