Karantin dövründə toy etmək mümkündürmü?

  • SpaceTV
  • 14 May 2020 10:32

Ölkədə karantin rejimi tətbiq edilən gündən fəaliyyətlərinə qadağa qoyulan məkanlardan biridə şadlıq sarayları oldu.  Pandemiyadan öncə toy nişan etmək istəyənlərin bəziləri  şadlıq saraylarına  verdikləri sifarişi geri götürdü, kimi də  toyun vaxtını dəyişərək aprel ayına təyin etdi.

Nazirlər Kabinetinin qərarı ilə aprel ayında da  karantin müddəti uzadıldığından bu ayda da  toy etmək istəyənlər yenidən öz məclislərinin, keçiriləcəyi tarixi dəyişərək iyun-uyul ayları ilə əvəzlədilər.May ayının 31 nə kimi uzadılmış karantın müddətinin vaxtı qısaldıqca, şadlıq saraylarına toy sifarişi edənlərin sayı çoxalıb

Baş çəkdiyimiz bu şadlıq sarayının inzibatçısı deyir ki, aprel ayına təyin edilən toylar təxirə salındığı üçün artıq iyun –iyul aylarına bütün günlər bron edilib. Digər şadlıq sarayından isə bildirildi ki,toy-nişan mərasimləri üçünsifarişlər qəbul olunsa da karantinin bitməsi ilə bağlı hökumətin rəsmi cavabını gözləyirlər. Əks halda toy etmək istəyənlərin arzusu yenə də ürəyində qalacaq

Bəs karantin müddəti bitdikdən sonra ölkədə toy-nişan məclisləri yenə də əvvəlki qaydada keçiriləcək yoxsa koronovirusa görə şadlıq saraylarının fəaliyyətinə  yeni qaydalar tətbiq olunacaqmı? Millət vəkili Fazil Mustafa bu qənaətdədir ki, pandemiya dövründə toy nişan məclisləri koronovirus qaydalarına riayət edilməklə, yəni məclis iştirakçılarının sayı 20 nəfərdən çox olmamaq şərtilə mümkün ola bilər  

Millət vəkili həmçinin toyda real olaraq iştirak edə bilməyən şəxslərin keçirilən  toy üçün bəylə gəlinin bank hesabına pul vəsaitini köçürməsi ilə toyların baş tutmasının mümkün ola biləcəyini dedi.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun