Koronovirus pandemiyasının geniş yayılmaması üçün Nazirlər Kabinetinin müvaqif qərarı ilə ölkədə fəaliyyət göstərən ticarət mərkəzləri, kafe və restoranlar, çayxanalar, komputer salonları, köşklər və bir çox obyektlərin fəaliyyəti müvəqqəti dayandırıldı və bununla da ölkə üzrə fəaliyyətlərinə son qoyulan bütün obyektlərə nəzarət hüquq mühafizə orqanlarıan tapşırıldı
Paytaxtın mərkəzindən fəqrli olaraq kənar ərazilərdə karantin qaydalarına riayət edilməsi deyəsən unudulub.Abşeron rayon Xırdalan şəhərində karantin qaydalarına riayət edilməməsi bir yana deyəsən burda yaşayan sakinlər karantin rejiminin ləğvini gözləmədən əvvəlki günlərdə olduğu kimi həyatlarına davam etməyə tələsiblər
Şəhərin daha çox mərkəz küçələrində stasianar polis postları qurulsa da elə daha çox da bu küçələrdə obyektlər karantin qaydalarına məhəl qoymadan fəaliyyət göstərirlər
Hətta karantin günlərində öz sağlamlıqlarını düşünməyən bəzi vətəndaşlar şəhərin mərkəzindəki parklarda istirahət etməkdən belə çəkinmirlər. Küçələrdə gəzən insanların sosial məsafəyə necə riayət etməsini isə bu kadrlardan aydın görmək mümkündür.
Məlum olduğu kimi NK-nin qərarı ilə ölkədə karantin rejimi may ayının 4-ə kimi uzadılıb.
RƏŞAD VƏKİLOĞLU SPACE TV