“Karabakh is Azerbaijan” şüarı Çikaqo yollarında – FOTO

  • Space TV
  • 6 Noyabr 2020 11:42

ABŞ-ın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

Spacetv.az xəbər verir ki, bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün  elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də, “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək. 

Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər. 

Paylaş

 Xəbəriniz olsun