Kanadada koronavirusa yoluxmada növbəti antirekord

  • Space TV
  • 10 Oktyabr 2020 11:03

Kanadada koronavirusa yoluxanların sayına görə anti-rekord təzələnib.

Spacetv.az xəbər verir ki, əvvəlki anti-rekord (2436 nəfər) 8 oktyabrda qeydə alınıb.

Kanadada son sutka ərzində 2558 COVID-19 infeksiyası təsdiqlənib, 28 nəfər ölüb.

Son məlumatlara görə, Kanadanın 178 117 sakini koronavirusa yoluxub, onların 149 524-ü sağalıb, 9 585-i ölüb.

Daha əvvəl Kanadada koronavirusun ikinci dalğası elan olunub. Baş nazir Custin Trudeo vəziyyətin yazdakından daha pis ola biləcəyi barədə xəbərdarlıq edib.

Paylaş

 Xəbəriniz olsun