Kanada Çini milli təhlükəsizliyinə təhlükəli hesab edir

  • Space TV
  • 11 Fevral 2021 10:17

Çin dövləti Kanadanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Gazeta.ru xəbər verir ki, bu sözləri Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbəri Devid Vino söyləyib.

“Çin rəhbərliyi siyasi, iqtisadi, texnoloji və hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə geopolitik üstünlüklər əldə etmək üçün xüsusi strategiya tətbiq edir”, – deyə Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbəri vurğulayıb.

D.Vino bildirib ki, təhlükə Çin xalqından deyil, məhz bu ölkənin hökumətindən gəlir.

D.Vino fikrinin tamamında əlavə edib ki, kəşfiyyat orqanları ən çox Çin və Rusiya kimi ölkələrin fəaliyyəti ilə maraqlanırlar.

Paylaş

 Xəbəriniz olsun