Kamran Əliyev iki rayona yeni prokuror TƏYİN ETDİ

  • Space TV
  • 29 Yanvar 2021 15:21

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrə əsasən Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib. Həmçinin Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiq edib.

Paylaş

 Xəbəriniz olsun