Kamerunda torpaq sürüşməsi nəticəsində 42 nəfər həlak olub

  • SpaceTV
  • 30 Oktyabr 2019 12:04

Kamerunun Qərb regionunda torpaq sürüşməsi nəticəsində azı 42 nəfər həlak olub.

SPACE TV xəbər verir ki, CRTV dövlət teleradio kompaniyasının yaydığı məlumata görə, leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri regionun administrativ mərkəzi – Bafusam şəhərindəki məhəllələrin birində baş verib. Ölənlər arasında 10 qadın və 26 uşaq var. Bir ailənin 8 üzvü torpaq altında qalıb.

Hazırda həlak olan 36 nəfərin şəxsiyyəti müəyyən edilib.

Regionda güclü yağıntı xilasetmə əməliyyatının dayanmasına gətirib çıxarıb. Daha bir sürüşmənin başvermə təhlükəsi səbəbindən yerli hakimiyyət orqanları insanları hadisə yerini tərk etməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun