Kamerunda ağır qəza: 60 nəfər öldü

  • Space TV
  • 28 Dekabr 2020 11:52

Kamerunun paytaxtı Yaundedə dəhşətli avtomobil qəzası baş verib. 

Spacetv.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili ilə sərnişin avtobusu toqquşub. 

Qəza nəticəsində 60 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Ölənlərdən dördünün azyaşlı olduğu bildirilir. 

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırma başlayıb.

Paylaş

 Xəbəriniz olsun