“KamAZ”la 9 yaşlı uşağı vurub öldürdü

  • Space TV
  • 25 Dekabr 2019 16:00

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza dekabrın 24-də saat 15 radələrində qeydə alınıb.

Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub.

Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun