Kamaz piyadanın üstündən keçdi

  • SpaceTV
  • 21 Sentyabr 2019 11:36

Hadisə Ziya Bünyadov prospektində baş verib.

1965-ci il təvəllüdlü Yelseviç Yuri Aleksandroviç anidən prospekt yoluna çıxıb. 

Belə ki, 54 yaşlı Yuri  Yelsevic qəfildən prospekt ərazisinə çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib.

Nəticədə piyada hadisə yerində ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Nurlan Piriyev Space

Paylaş

 Xəbəriniz olsun