Kafedə 43 yaşlı şəxs özünü 3-cü mərtəbədən atdı.

  • SpaceTV
  • 1 İyul 2020 15:07

Paytaxtın Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib. Daha ətraflı növbəti süjetimizdə….

Kafedə   43 yaşlı şəxs  özünü 3-cü  mərtəbədən atdı.

Hadisə gecə saatlarında paytaxtın Türkan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə baş verib. Kafedə müştəri olan  Azad Tağıyev polis əməkdaşlarını görən zaman  məsuliyyətdən azad olmaq üçün özünü  kafenin pəncərəsindən yerə  atıb. Yaralı ağır vəziyyətdə dərhal 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.  Ona boyun və ayaq sümüklərinin sınığı diaqnozu qoyulub.  Hazırda vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun