Kadırov ABŞ-a görə Çeçenistanın “Ginnesin Rekordlar Kitabı”na salınmasını təklif etdi

  • Space TV
  • 11 Dekabr 2020 11:41

Ramzan Kadırov ABŞ-ın ona, onunla əlaqəli şirkətlərə və ətrafındakı insanlara qarşı tətbiq etdiyi sanksiyalara görə Çeçenistanın “Ginnesin Rekordlar Kitabı”na salınmasını təklif edib.

Lenta.runun məlumatına görə, bu barədə respublika başçısı “Telegram” kanalında ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

“Mən ciddi olaraq “Ginnesin Rekordlar Kitabı”na müraciət etmək barədə düşünürəm. Rekord “ən çox insanı və təşkilatı sanksiya siyahısına daxil olan respublika” adlanır. Hər yeni sanksiya ilə bu rekordu qırmaq daha da çətinləşəcək. Əlbəttə ki, bu vəziyyətdə “Ginnessin Kitabı”nın özü “Maqnitski siyahısı”na daxil edilməzsə”, – deyə Kadırov yazıb.

Respublika başçısı ABŞ və İngiltərənin sanksiya siyahılarında “təsadüflərin” olmamasını gülünc adlandırıb. Onun sözlərinə görə, hər iki ölkə siyahılarda razılığa gəliblər.

“Görünür, kağıza qənaət edirlər”, –  deyə o bildirib.

Kadırov, eyni zamanda, ABŞ-ın sanksiyalarını axmaqlıq adlandıraraq, bütün bəşəriyyət tarixində bu qədər absurd bir şey olmadığını deyib.

Qeyd edək ki, dekabrın 10-da ABŞ Böyük Britaniya ilə eyni vaxtda Çeçenistanın başçısı Ramzan Kadırov, onunla əlaqəli şirkətlər və ətrafındakı insanlara qarşı sanksiyalar tətbiq edib.

Paylaş

 Xəbəriniz olsun