Kabusa çevrilən“Buzlu şüşə” nədir

  • SpaceTV
  • 7 İyul 2020 17:13

Koronovirusun ölkəmizdə tuğyan etdiyi bir vaxtda indidə insanlarınkabusuna çevrilən  ağciyərlərdə  buzlu şüşə mənzərəsi.Həkimlər bəzən bunu buz kristalı, buz parçası kimi də adlandırırlar. Covid-19 pandemiyasının səciyyəvi xarakterinin əlaməti hesab edilən buzlu süşə diaqnoz deyil  ağciyərlərdə radiolaji görüntü kimi müşahidə olunur

Tibb UniveristetininTədris Cərrahiyyə Klinikasının radioloqu, Məlahət Sultanova deyir ki, hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu ,o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı müşahidə olunur,həkimin sözlərinə görə  ağciyərlərdə buzlu şüşə görüntüsü təkcə COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də bu halı müşahidə etmək mümkündür

Radioloqun sözlərinə görə ağciyərlərin bu hala düşməsi həmçinin sağlam insanlarda, yanaşı xəstəlikdən əziyyət çəkənlərdə və hazırda koronovirus pnevmaniyası olan xəstələrin hər birində müayinə zamanı aşkarlanır.Odur ki, indiki dönəmdə insanlar vaxtında analiz verərlərsə bu xəstəliyin ağır fəsadlarından qurtulmağıda bacara bilərlər deyə həkim bildirir

Mütəxxəsislər buzlu şüşə, xəstəliyin 3-4 günlərindən sonra inkişaf etməyə başladığını və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bildiyini, xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş insanlarda isə  2-3 aydan sonra dəyişikliklər tamamilə itdiyini deyirlər.Qeyd edək ki, “buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və komputer tamaqrafiya  müayinələrində aşkar edilir

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun