Kabildə dəhşətli partlayış: Çox sayda ölənlər və yaralananlar var

  • Space TV
  • 21 Dekabr 2020 10:59

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 52 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Spacetv.az xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Güclü partlayış Kabildə yerləşən mərkəzi meydanlardan birində baş verib.

Ehtimal olunur ki, hücumun hədəfi parlament üzvünün olduğu avtomobil olub.

Qeyd edilir ki, siyasətçi yaralanıb, lakin onun həyati təhlükəli xəsarətləri yoxdur.  

Əfqanıstan ərazisində fəaliyyət göstərən ekstremist qrupların heç biri hələ baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Paylaş

 Xəbəriniz olsun