Kabel oğurluğu

  • SpaceTV
  • 21 Noyabr 2019 14:52

Oğurluq hadisəsi Hacıqabul rayonunun Ağacanlı kənd ərazisindəki fermada  baş verib. Ferma sahibi olan Şirvan şəhər sakini Elşad Məlikov ona məxsus təsərrüfatdan 1720 metr uzunluqda alüminium elektrik kabelinin oğurlanması barədə DİN-in “102” xidmətinə müraciət edib. Bununla bağlı Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İlkin dindirilmə zamanı şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilən İlham Fərəcov və Müşfiq Şirinov törətdiyi cinayəti etiraf ediblər. Oğurladığı kabellər isə maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun