Kəskin hava şəraiti

  • SpaceTV
  • 27 Avqust 2019 13:02

Ötən gün Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb. Yağışla müşahidə olunan leysan və  şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir.

 Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

Paylaş

 Xəbəriniz olsun