Kəsim məntəqələri kimə xidmət edir ?

  • SpaceTV
  • 28 Noyabr 2019 15:21

Qazaxda qəssablar  heyvanı   azyaşlıların gözü  qarşısında  kəsir  .Qazax  şəhərində  20  Daşsalahlı və  Çaylı kəndlərində olan 8 ət dükanının hər birində mənzərə  eyni  idi . Qəssablar  heçnəyə məhəl  qoymayaraq   insanların  gözü  qarşısında  bıçağını  sıyırıb  heyvanları  kəsirlər  . Bu  cür  işdə  isə   psixoloji  travma  alan həmin ərazidən kecib məktəbə   yollanan  azyaşlılar olur

 Bu cür  kəsim məntəqələri   sahibsiz itlərin qida yeri kimidə  az rol oynamır . kadrlardanda  görünür  ki   sahibsiz itlər   qəssabın   heyvanı  kəsilməsi  gözləyir .

Antisanitar  vəziyyətdə  hecbir yoxlamadan kecməyən  ət  bir başa  satışa  çıxarılır.Qeyd edək ki ,Prezident  İlham Əliyevin  sərəncamına əsasən əsasən  regionlarda  ət kəsim məntəqələri  inşa olunub .  burada məqsəd  qanunsuz  heyvan kəsimi faliyyətinin qarşısının alınması  eyni  zamanda istehlakçıların hüquqlarının müdafiə etməkdən  ibarətdir .Bu  sərəncam  həmdə  heyvanların  insanların  gözünün qarşısında  kəsilməsinə  son qoyacaq.  Bunun ücün bu  ilin yay  fəslində   Qazax rayonundada  ət kəsim məntəqəsi inşa olunub.

Öyrəndik ki  Kəsim Məntəqəsi 5 aydır faliyyətə başlayıb .İlk  açıldığı  gündən 1 ay  davamlı şəkildə  heyvanlar   qayda qanunla  kəsilib , labaratoriyadan  kecərək  sahiblərinə   təmizlik sertifikatı ilə  birgə verilib.  lakin  1 ayın tamamından sonra   məntəqəyə  birdənədə olsun  heyvan  gətirilməyib .

Əgər  heyvan  Kəsim Məntəqəsinə  aparılmırsa  həkim nəzarətidə olmur  . nəticədə   qəssab  istədiyi  heyvanı  yoxlamadan kecmədən istehlakçıya  satır  .

Bəzi  qəssablar isə   kəsim məntəqəsinə heyvan aparmasalarda  aidiyyəti  orqanların  mütəmadi   ətə  baxış kecirdiyini  deyirlər  .  Amma  qəssablardan   sağlamlığa  aid   sənəd  istədikdə  isə  müxtəlif  bəhanələr  gətirərək   vəziyyətdən  çıxmağa  calışırdılar 

Məsələyə  aydınlıq gətirmək  üçün  Qida  Təhlükəsizliyi  Agentliyinin Tovuz ərazi idarəsindən  mövqe öyrənmək istəsək də   suallarımız  cavabsız qaldı .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun