Kərbəlada itkin düşən azərbaycanlının meyiti tapıldı

  • SpaceTV
  • 26 Oktyabr 2019 12:01

Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada vəfat edib.

SPACE TV xəbər verir ki, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa – Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb.

Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək vəfat etdiyi bildirilib.

Bu barədə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o ölüb. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.

Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundu olub. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər yayılıb.

Paylaş

 Xəbəriniz olsun