Kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması üzrə görüş keçirilib

  • SpaceTV
  • 23 Sentyabr 2019 12:04

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşla görüşüb. Görüş zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

“Space” -in bölgə müxbiri məlumat verir ki, görüşdə hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Paylaş

 Xəbəriniz olsun