Kənd Təsərrüfatında yeniliklər

  • Space TV
  • 18 May 2020 10:38

İnnovativ layihələr Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təcrübə stansiyalarında həyata keçirilir. Həmin layihələrin tərkib hissəsi olaraq Ucar rayonunda Çin texnologiyası, Beynəlxalq Atom Enerji Agentliyi ilə bağlanmış müqaviləyə əsasən ”şoranlığa və zərərvericilərə qarşı davamlı sortların yaradılması üzrə bir sıra mühim addımlar atılıb. Bu il isə Ucar rayonunda pambığın tirəli səpin layihəsi üzrə səpin həyata keçirilib. Bu üsulun ənənəvi səpin üsulundan üstün cəhətləri ondadır ki, pambığın becərilməsində aqrotexniki tədbirlərin həyata keçirilməsində, zərərverici və xəstəliklərə qarşı vaxtında və keyfiyyətli mübarizə tədbirlərinin aparılmasında daha səmərəlidir.

Arat olmadan səpindən sonra şırımla asan suvarılır. Bitkilərin qida, hava və su rejimi yaxşılaşır. Vegetasiya müddəti sürətli inkişafa görə qısalır. İqtisadi cəhətdən səmərəlidir. Ağır boz torpaqlarda yağışdan sonra qaysaq yaranmır

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun