Kənd Təsərrüfatı naziri: “İntensiv bağçılığın inkişafı müsbət nəticə verib”

  • Space TV
  • 7 Yanvar 2021 12:36

Yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib”.

Spacetv.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib: “İntensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək”.

Nazir qeyd edib ki. heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 % artım, süd istehsalında isə 1,7 % artım əldə olunub.

Paylaş

 Xəbəriniz olsun