Kəndə təbii qaz ver

  • SpaceTV
  • 11 Oktyabr 2019 16:22

Rayonun Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Mollahacılı kəndinə təbii qaz verilib. Bir müddət öncə başlayan qaz xətlərinin çəkilişi artıq bitib. Kəndə gələn qaz xətlər tamamən fəaliyyətə başlayıb. Mollahacılı kəndinin mavi yanacağının alovlandırılması kənd camaatının təntənəli iştirakı ilə qeyd edilib. Göyçayın 56 yaşayış məntəqəsindən 51-ə təbii qaz verilişi bərpa edilib. Hazırda rayon əhalisinin 98,7%-i mavi yanacaqdan istifadə edir. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6 min 83 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 69 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Məşəl alovlandırılıb və kəndə təbii qaz verilişi bərpa edilib.

 Vahid Fəxri SPACE TV

 

Paylaş

 Xəbəriniz olsun