Kəmaləddin Heydərov: “Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq”

  • Space TV
  • 13 Oktyabr 2020 11:54

“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

Spacetv.az-ın müxbiri xəbər verir ki, bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər tərəfimizdən ödəniləcək: “Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.

Paylaş

 Xəbəriniz olsun