Kəlbəcərin düşmən tapdağından azad edilməsi “Anadolu”da – VİDEO

  • Space TV
  • 26 Noyabr 2020 16:44

Türkiyənin “Anadolu” agentliyi Kəlbəcər rayonun erməni tapdağından azad edilməsi ilə bağlı reportaj hazırlayıb.

Reportajda Kəlbəcəri tərk edən ermənilərin yaşadığı evləri, meyvə ağaclarını, meşələri yandıraraq, ekoloji mühitə ciddi zərər vurduqları qeyd olunur.

Həmçinin, Kəlbəcər ərazisində olan qızıl və civə mədənlərinin qeyri-qanuni istismarına dair məlumat verilir.

Eyni zamanda, Kəlbəcərin zəngin təbii resurslara və turizm potensialına malik olması diqqətə çatdırılır. 

Paylaş

 Xəbəriniz olsun