Kəbə heç belə görünməmişdi

  • Space TV
  • 6 Mart 2020 11:16

Səudiyyə Ərəbistanı koronavirus səbəbiylə Ümrəyə ziyarət qadağan edildikdən sonra Kəbə boş qalıb.

SPACE TV  xəbər verir ki, Səudiyyə Ərəbistanının koronavirus səbəbiylə xaricə Ümrə ziyarətlərini qadağan etməsi qərarından sonra Kəbənin yerləşdiyi Məscidul Haram, boş qalıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın Daxili İşlər Nazirliyinə əsaslandığı xəbərinə görə, epidemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə Ümrə vətəndaşlarını və ölkə sakinlərinin ziyarətlərini müvəqqəti dayandırmaq qərara alınıb.

Hal-hazırda qərar müzakirə edilir. İlkin nəticələrə əsasən, virusun yayılması təhlükəsi olan ölkələrdən gələn turistlər üçün giriş vizalarının, habelə xaricdən Ümrə və Məscid Əl-Nabeviyə ziyarətlərinin dayandırılması qərarının olduğu qeyd edilib. 

Paylaş

 Xəbəriniz olsun