Jurnalistlər üçün tikilmiş ikinci binanın çıxarışları yaxın günlərdə təqdim ediləcək

  • SpaceTV
  • 6 Sentyabr 2019 11:03

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci binanın çıxarışları yaxın günlərdə sahiblərinə təqdim ediləcək. Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində sakinlərə təqdim olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə jurnalistlər üçün iki bina tikilərək 2013-cü və 2017-ci illərdə istifadəyə verilib. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Bununla da 400-dən çox media işçisinin mənzil problemi həllini tapıb.

Məlumat üçün bildirək ki, hazırda 255 mənzilli üçüncü bina tikilir və bina istifadəyə verildikdən sonra mənzillərin ümumi sayı 666-ya çatacaq.

Space TV

Paylaş

 Xəbəriniz olsun