Jurnalistlər üçün onlayn formatda təlimlər başladı

  • Space TV
  • 10 Sentyabr 2020 15:43

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici mütəxəssislərin iştirakı ilə onlayn formatda təlimlər başlayıb.

“Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”  mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Universitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunub.

Spacetv.az xəbər verir ki, təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunub, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilib və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulub, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb. 

Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.

Paylaş

 Xəbəriniz olsun