Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
SPACE TV xəbər verir ki, hadisə şəhərin Bayramlı qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhər ərazisində xəttə buraxılmış 9 nömrəli mikroavtobus “VAZ-2114” toqquşub.
“Jiquli”nin sürücüsü, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cavadov Muradəli Telman oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.