İzmirdəki zəlzələyə görə futbol matçları təxirə salındı

  • SpaceTV
  • 30 Oktyabr 2020 17:49

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.

Spacetv.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda keçirilməsi planlaşdırılan “Göztepe” – “Alanyaspor”, I Liqada isə “Menemenspor” – “Ankaraspor” və “Altınordu” – “Bandırmaspor”, III liqada isə “Berqama Belediyespor” – “KozanSpor” görüşləri təyin olunan vaxtda keçirilməyəcək.

Qeyd edək ki, 4 görüşün hamısı oktyabrın 31-də baş tutmalı idi.

Paylaş

 Xəbəriniz olsun